Timus vəzi ilə bağlı uşağa dərman vermək lazımdır? – AÇIQLAMA

Cəmiyyət


“Uşaqda timus vəzinin olması qorxulu deyil. Bu vəz döş qəfəsinin arxasında yerləşir və 12-13 yaşına qədər bədəndə olur. Qalxanvari vəzi ilə onu qarışdırmaq olmaz”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində Nazirliyin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

O bildirib ki, uşaq doğulanda bu vəz böyük olur, daha sonra kiçilir:

“Bəzən ailələr qalxanvari vəzi ilə timus vəzi qarışdırırlar. Bəzən timus vəzin bir hissəsi qalxanvari vəzin içində yerləşə bilir. Yəni ikisi də fərqli vəzlərdir. Onları qarışdırmaq olmaz. Hər timus vəzi olan uşağa dərman verib immuniteti zəiflətmək olmaz. Bunu həkim müayinəsi ilə dəqiqləşdirmək lazımdır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir