FHN polkovniki: “Bakıdakı yanğın zamanı neftayırma zavoduna böyük təhlükə yaranıb” – VİDEO

Cəmiyyət


“Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb”.

“resmixeber.az” xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

“FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıblar. Yanğın Bakı Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5000 kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, – R.Xudiyev qeyd edib.

“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın verən yerə yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub.

Neft sektoru ilə yanaşı, burada salınmış ağaclıq, yaşıllıq, əhalinin yaşadığı ərazilər mühafizə olunub. Yanğının səbəbini deyə bilmərik. Onu xüsusi təhqiqat qrupları müəyyən edəcək”, – FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir