Misirdə səkkiz mərtəbəli bina çökdü: Ölən və yaralananlar var

Dünya


Misirdə səkkiz mərtəbəli bina uçub.

Hadisə Misirin paytaxtı Qahirədə, şəhərin şimal-qərbində yerləşən Əl-Buhayra rayonunda baş verib.

Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada binanın çökməsi nəticəsində ilk təsbitlərə görə üç nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

Rəsmilər dağıntılar arasında axtarış-xilasetmə işlərinin davam etdiyini, binanın hansı səbəbdən çökməsinin hələlik məlum olmadığını bildiriblər.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir