Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub – FOTO

Cəmiyyət


Bakının Nizami rayonunda üç maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan KIA markalı maşın eyni istiqamətdə gedən “Chevrolet” və “Mercedes” markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan KIA körpünün səddinə dəyərək dayanıb. Xoşbəxtlikdən avtomobil körpüdən yerə düşməyib.

Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobilin ərazidən uzaqlaşdırılması bir qədər zaman alıb. Bu isə körpü üzərində hərəkətin sıxlığına səbəb olub.

Qəza zamanı zərərçəkən sürücülər bildiriblər ki, KIA-nı idarə edən şəxs yüksək sürətlə manevr qaydalarını pozub. Bu da qəzanı qaçılmaz edib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hər üç sürücünün izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir