Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək

Dünya


Budapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.

Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək”, – deyən nazir yaxın gələcəkdə türk həmkarları ilə sıx və daimi təmasda olacağına söz verib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveçin alyansa daxil olması prosesi isə Türkiyənin tələbləri ilə bağlı dayandırılıb.

Mənbə: eurointegration.com.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir