Qubada avtomobilin vurduğu məktəbli ölüb.
Modern.az-ın xəbərinə görə, hadisə sentyabrın 30-da Bəhrəli kəndində baş verib.
“Opel” markalı avtomobil yolu keçməyə çalışan 13 yaşlı Pirmuradova Gülay Şöhrət qızını vurub.
Xəstəxanaya yerləşdirilən yeniyetmə görülən bütün tədbirlərə baxmayaraq, bu gün ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.


