
Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü
oyununu keçirib.
Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci
qrupunda Litva yığmasını sınağa çəkib.
Bakıda “8-ci kilometr” stadionunda oynanılan qarşılaşma
komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci
dəqiqədə Abdulla Xaybulayev vurub.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi
qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə
1 xalla sonuncudur.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu
noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

