Bolsonaro və Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turuna çıxıblar

Baş səhifə

Bakı. Trend:

Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro və
hazırkı prezident Luis İnasio Lula da Silva dövlət başçısı
seçkilərinin ikinci turuna rəsmən çıxıblar. Braziliyanın Mərkəzi
Seçki Komissiyasının funksiyalarını yerinə yetirən Ali Seçki
Məhkəməsi protokolların 97,36 faizinin işlənməsinin nəticələrinə
əsasən onların ikinci tura çıxdığını təsdiqləyib.

Ölkənin seçki sisteminin məlumatlarına görə, seçkilərin nəticəsi
artıq riyazi olaraq müəyyənləşib. Senator Flavio Bolsonaro 47,42
faiz (55 038 846 səs) nəticə ilə birinci yerdədir, Lula da Silva
isə 44,70 faiz (51 886 308 səs) toplayıb.




Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya
bilmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş ikinci turda
müəyyənləşəcək.