Tramp süni intellektin tənzinlənməsinə qarşı çıxıb və “özünütənzimləməni” müdafiə edir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evdə süni intellekt sahəsinin bir
sıra tanınmış nümayəndələrini qəbul edib.

Bu görüş bəzi nümayəndələrin texnologiyanın inkişafının daha
ciddi şəkildə tənzimlənməsinə çağırdığı bir vaxtda baş tutub.




Süni intellektin inkişafına dair istənilən tənzimləyici
məhdudiyyətə qarşı çıxan ABŞ prezidenti Donald Tramp Ağ Evdə
sahənin ən iri şirkətlərinin rəhbərləri ilə keçirilən görüş zamanı
“özünütənzimləmənin çox vacib olduğunu” bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, günün sonunda “süni
intellekt” ifadəsinin əvəzinə “super intellekt” terminini rəsmən
təsis edən sənəd imzalayacaq.