Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar

Baş səhifə

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 12-də Lüksemburqda Gürcüstanla bağlı qısa debat aparacaqlar.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa bürosunun redaktoru Rikard Yozviak “X” hesabında yazıb.

O, müzakirələr zamanı vacib qərarın qəbul edilməyəcəyini və hər hansı sanksiyalarla bağlı konsensusun əldə olunmayacağını bildirib.

Yozviak onu da qeyd edib ki, gələn ilin əvvəlində Aİ-nin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarının müddətinin daha 12 ay uzadılacağı ehtimal olunur.