
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 13 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

