İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul elan edilir

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq
məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə
işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetnliyinin
Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən,
işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət
məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində
çalışan şəxslər müsabiqədənkənar qaydada işə qəbul ediləcəklər.

Qeyd olunub ki, vakansiya seçimində yalnız 2025-ci ildə
keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak
etmiş namizədlər qeydiyyatdan keçə bilərlər.




Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd
seçdiyi vakant vəzifəyə təyin ediləcək.

Namizədlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün, tam
və dəqiq qeyd etmələri xahiş olunur.

Qeydiyyatın son tarixi 5 oktyabr 2026-cı il, saat 10:00-dır.

Qeydiyyatdan bu linkə keçid edərək keçmək olar.