
Bakı.Trend:
Azərbaycanda Mastercard ödəniş kartları üzrə əməliyyatların
həcmi 4 milyard manatı ötüb.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən,
cari ilin avqust ayının sonuna ölkənin rezidenti olan maliyyə
institutları tərəfindən buraxılmış Mastercard kartları (statistik
vahidlərin ödəniş kartları da daxil olmaqla) üzrə ümumilikdə 4,331
milyard manat məbləğində 76,668 milyon əməliyyat həyata
keçirilib.
AMB-nin məlumatına görə, ötən ilin avqust ayı ilə müqayisədə
əməliyyatların sayı 2,21 milyon və ya 3 faiz artıb, həcmi isə 432
milyon manat və ya 9,1 faiz azalıb.
Rezident olmayan maliyyə təşkilatları tərəfindən
buraxılmış Mastercard kartları üzrə əməliyyatların sayı 771 min,
həcmi isə 68,2 milyon manat təşkil edib.
Qeyd olunub ki, ötən ilin avqust ayı ilə müqayisədə
belə əməliyyatların sayı 329,6 mindən çox və ya 74,7 faiz artıb,
həcmi isə 22,2 min manatdan çox və ya 48,3 faiz yüksəlib.
Qeyd edək ki, rezident maliyyə təşkilatları
tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və
sayı yerli banklar və ya ölkə ərazisində fəaliyyət göstərən maliyyə
təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən
əməliyyatların ümumi həcminə və sayına aiddir.
Rezident olmayan maliyyə institutları tərəfindən
emissiya edilmiş kartlar üzrə əməliyyatların həcmi və sayı isə
Azərbaycanda xaricdə fəaliyyət göstərən banklar və maliyyə
institutları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə
edilməklə həyata keçirilən əməliyyatların sayını və ümumi həcmini
əks etdirir.

