
Bakı. Trend:
Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX-2026”
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər
ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair
keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının
Müdafiə nazirinin müavini Vasiliy Sergeyeviç Osmakovun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə bir araya gəlib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında
hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıqların rolunu və qarşılıqlı
maraq doğuran digər məsələləri müzakirə ediblər.

