Bavariya Baş naziri Mertsin Almaniya kansleri postunda qalacağını bildirib

Baş səhifə

Bakı. Trend:

Bavariya vilayətinin baş naziri və Xristian-Sosial İttifaqının
(XSİ) sədri Markus Söder Almaniyanın hazırkı kansleri Fridrix
Mertsi (Xristian-Demokrat İttifaqı, XDİ) tam dəstəklədiyini
bildirib.

Bunun Markus Söder Bavariya televiziyasının efirində deyib.




O, mühafizəkarların son regional seçkilərdə uğursuzluğundan
sonra XDİ/XSB blokunda yaranan fikir ayrılıqlarına baxmayaraq, onun
hökumət başçısı postundakı mövqeyinin möhkəm olaraq qaldığını
vurğulayıb.

“Fridrix Merts kanslerdir və o, kansler olaraq qalacaq”, – deyə
o bildirib. Onun sözlərinə görə, konstitusiya baxımından Almaniya
hökumətinin başçısının vaxtından əvvəl dəyişdirilməsi yalnız
“ekstremal şəraitdə” mümkündür.