Ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb

Baş səhifə

Qaradağ rayonunda yerləşən ticarət mərkəzi və marketlərin birindən oğurluqlar edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F.Rəsulov, A.Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.