Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

Baş səhifə

Bakı. Trend:

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi
tapılıb.

Bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.




Bildirilib ki, bu, son illərin ən vacib sualtı arxeoloji
kəşflərindən biridir: “Mazara del Vallo kommunası yaxınlığında baş
verən gəmi qəzası bizə Aralıq dənizini sivilizasiyaların
kəsişməsinə çevirən insanlar, marşrutlar və mübadilələr haqqında
məlumat verir. Tədqiqatlar həmin dövrün tarixini açmağa və
cəmiyyətə çatdırmağa davam edəcək”.

Yüzlərlə amfora (səhəngəbənzər saxsı qab) daşıyan gəmi iki
qurğuşun lövbər və eyni materialdan hazırlanmış başqa bir
konstruksiya ilə birlikdə 46 metr dərinlikdə tapılıb. Alimlərin
fikrincə, tapıntılar eramızdan əvvəl II-I əsrlərə aiddir.