Saqr Qobaş: BƏƏ-Azərbaycan əlaqələri ortaq maraqlar və gələcək əməkdaşlıqlar perspektivində qurulub

Baş səhifə
Saqr Qobaş: BƏƏ-Azərbaycan əlaqələri ortaq maraqlar və gələcək əməkdaşlıqlar perspektivində qurulub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmət, ortaq maraqlar və gələcək əməkdaşlıqlar perspektivində qurulub.

“Report” xəbər verir ki, bunu BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin sentyabrından əlaqələrdə yeni mərhələ başlayıb:

“Hazırda süni intellekt, yaşıl enerji və s. sahələrdə əməkdaşlığımız mövcuddur. Fikrimcə, konstitusiyalar artıq sənəd olmaqdan çıxır, vətən və vətəndaşlar üçün canlı alətə çevrilir. Konstitusiyanın zamanın tələblərinə hər zaman uyğun olmasını və dəyərlərindən imtina etməməsini arzulayıram”.