“Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclasında qarşıda duran məsələlər müzakirə olunub (FOTO)

Baş səhifə

Sentyabrın 23-də “Azərbaycan Respublikasının 2027-2030-cu
illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin
hazırlanması üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun
növbəti iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Səhiyyə,
İqtisadiyyat, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Əmək
və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak
ediblər.

İclasda giriş sözü ilə Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri
Teymur Musayev çıxış edərək, Prezident cənab İlham Əliyevin müvafiq
Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının
2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün “Sağlam
həyat tərzi” üzrə yaradılan Alt İşçi qrupunun öz fəaliyyətini
intensiv şəkildə davam etdirdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın uğurla icra olunduğunu və ölkəmizin
sosial-iqtisadi inkişafına mühüm zəmin yaratdığını qeyd edən nazir,
bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycanda
sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçiriləcək
tədbirlərin daha da təkmilləşdirilməsinin vacibliyini
vurğulayıb.
İclasda Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Humay
Qurbanova “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari
dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış
edib.




Sonda Alt İşçi qrupunun üzvlərinin təkliflərinə dair müzakirələr
aparılıb, uğurlu beynəlxalq təcrübələlərin tətbiqinin
məqsədəuyğunluğu vurğulanıb, habelə gələcək fəaliyyət istiqamətləri
üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasın
sonunda qarşıda duran məsələlərin icrasına dair müvafiq qərarlar
alınıb.