Bakı. Trend:
Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük
avtomobilləri “Cənub Astara” dövlət sərhədindən buraxılış
məntəqəsindən İran ərazisinə keçib.
Trend xəbər
verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün
ümumi çəkisi 300 tondan çoxdur.
xxx
11:03
Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük
avtomobilləri “Cənub Astara” dövlət sərhədindən buraxılış
məntəqəsinə çatıb.
Trend xəbər
verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün
ümumi çəkisi 300 tondan çoxdur.
Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi
tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi
ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən
tranzit keçməklə İrana yola salınmışdı.
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət
zamanı V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı
göstərilən operativ dəstəyə, həmçinin ölkəsinin İrana yönəlmiş
humanitar yardımının Azərbaycan ərazisindən keçidi üçün yaradılan
şəraitə görə minnətdarlığını bildirib.
Regionda müşahidə olunan gərginlik fonunda humanitar yüklərin
fasiləsiz daşınması beynəlxalq əməkdaşlığın və tranzit imkanlarının
əhəmiyyətini bir daha önə çıxarır.
xxx
01:24
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar
Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Astara
dəmir yolu stansiyasına daxil olduqdan sonra Astara terminalı
vasitəsilə İrana yola salınıb.
Trend xəbər
verir ki, əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün
ümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisində
təyinat nöqtəsinə avtomobil nəqliyyatı vasitəsilə çatdırılması
planlaşdırılır.
Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi
tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi
ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən
tranzit keçməklə İrana yola salınmışdı.
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət
zamanı V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı
göstərilən operativ dəstəyə, həmçinin ölkəsinin İrana yönəlmiş
humanitar yardımının Azərbaycan ərazisindən keçidi üçün yaradılan
şəraitə görə minnətdarlığını bildirib.
Regionda müşahidə olunan gərginlik fonunda humanitar yüklərin
fasiləsiz daşınması beynəlxalq əməkdaşlığın və tranzit imkanlarının
əhəmiyyətini bir daha önə çıxarır.
xxx
23:45
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar
Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Astara”
stansiyasına daxil olub.

10:26
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar
Nazirliyinin yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin
“Qaradağ” stansiyasına daxil olub.