Qusarda meşədə qətlə yetirilən qaının meyiti tapılıb, saxlanılan var

Baş səhifə

Qusar rayonunda meşədə meyit tapılıb.

APA xəbər verir ki, hadisə sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində baş verib. Orada Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.