“Qarabağ”ın 5 legioneri milli komandalarına çağırıldı

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” klubunun bir sıra legionerləri milli komandalarına
dəvət alıblar.

Daha əvvəl dəvəti açıqlanan Bens Verkonidən (Macarıstan) başqa,
Marko Yankoviç (Monteneqro), Martin Zlomişliç (Bosniya və
Herseqovina), Renaldo Sefas (Yamayka) və Bruno Lanqa (Mozambik) də
milli komandalarına çağırılıblar.




Həmçinin komandanın futbolçuları Bədavi Hüseynov və Musa
Qurbanlı Azərbaycan millisinin düşərgəsinə dəvət alıblar. Gənc
futbolçulardan Hikmət Cəbrayılzadə U-21, Əli Bəşirov isə U-19
millisinə dəvət alıb.