
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr
– Anım Günü münasibətilə Qaraqurdlu kəndi ərazisində ağacəkmə
aksiyası keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni
Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin
üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Xaçmaz rayonundan olan hər şəhidin xatirəsinə bir
ağac olmaqla ümumilikdə 306 ting əkilib. İştirakçılar əkilən
tingləri suvarıb və onlara ilkin qulluq göstəriblər.

