Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Albaniya XİN rəhbərinə
Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə
hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci
sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici
işlər naziri Ferit Hoxa ilə görüşüb.

“Tərəflər ikitərəfli gündəliyi müzakirə edib, davamlı
siyasi dialoqun, yüksəksəviyyəli təmasların, eləcə də BMT də daxil
olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin
vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov əsas enerji və nəqliyyat
bağlantısı layihələri vasitəsilə Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinə mühüm töhfələrini qeyd edib.

O, həmçinin qarşı tərəfə münaqişədən sonrakı regional
reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri,
Ermənistanla davam edən sülh səyləri barədə məlumat verib”, – deyə
paylaşımda qeyd edilib.