
Bakı. Trend:
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 115,4 milyon manat
məbləğində sığorta haqqı toplanılıb.
Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamasına
görə, hesabat dövründə toplanan sığorta haqlarının həcmi ötən ilin
eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb.
Sığorta haqlarının həcminə görə bazarda ən yüksək göstərici
“Paşa Həyat Sığorta” ASC-yə məxsus olub. Şirkət hesabat dövründə
517,884 milyon manat məbləğində sığorta haqqı toplayıb.
Renkinqdə ikinci yeri “Paşa Sığorta” 273,302 milyon manat
göstərici ilə tutub. Üçüncü sırada isə 75,051 milyon manat sığorta
haqqı ilə “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb.
İlk beşliyə, həmçinin 58,764 milyon manat sığorta haqqı toplayan
“Atəşgah” və 41,696 milyon manat göstəriciyə malik “Qala Sığorta”
daxil olub.
Hesabat dövründə “Meqa Sığorta” 24,115 milyon manat, “Meqa Həyat
Sığorta” 20,034 milyon manat, “Aqrar Sığorta” 19,425 milyon manat,
“Xalq Sığorta” 18,324 milyon manat, “Qala Həyat” isə 18,025 milyon
manat sığorta haqqı toplayıb.
Renkinqin növbəti pillələrində 17,969 milyon manatla “Azərbaycan
Sənaye Sığorta”, 10,640 milyon manatla “A-Qroup”, 8,433 milyon
manatla “Xalq Həyat”, 6,524 milyon manatla “İpək Yolu Sığorta” və
5,206 milyon manatla “AzSığorta” yer alıb.
Ümumilikdə, 2026-cı ilin ilk səkkiz ayında sığorta bazarında
ödənişlərin həcmi 773,2 milyon manat təşkil edib. Bu göstərici ötən
ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz artıb.
Beləliklə, hesabat dövründə sığorta ödənişlərinin artım tempi
sığorta haqlarının artımını əhəmiyyətli dərəcədə üstələyib.
|
Şirkətin adı |
Sığorta haqları (milyon manat) |
|
“Paşa Həyat Sığorta” |
517,884 |
|
“Paşa Sığorta” |
273,302 |
|
“Atəşgah Həyat” |
75,051 |
|
“Atəşgah” |
58,764 |
|
“Qala Sığorta” |
41,696 |
|
“Meqa Sığorta” |
24,115 |
|
“Meqa Həyat Sığorta” |
20,034 |
|
“Aqrar Sığorta” |
19,425 |
|
“Xalq Sığorta” |
18,324 |
|
“Qala Həyat” |
18,025 |
|
“Azərbaycan Sənaye Sığorta” |
17,969 |
|
” A-Qroup” |
10,640 |
|
“Xalq Həyat” |
8,433 |
|
“İpək Yolu Sığorta” |
6,524 |
|
“AzSığorta”” |
5,206 |

