
Bakı. Trend:
Azərbaycan kapital bazarlarının lider investisiya şirkəti olaraq
15 ilə yaxındır ki, fəaliyyətini uğurla davam etdirən PAŞA
Kapital, 2025-ci ilin yanvar-sentyabr aylarının nəticəsinə
əsasən birincilik mövqeyini daha da
gücləndirib.
Bakı Fond Birjası tərəfindən açıqlanan hesabatda PAŞA
Kapital 36 milyard 388 milyon manatdan artıq dövriyyə
həcmi ilə ilk pillədə qərarlaşıb. Eyni zamanda, Mərkəzi
Bankın notları, Repo, Dövlət və Korporativ istiqrazlar
bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın
lideri kimi fərqlənib.
Kapital bazarlarının inkişafına davamlı töhfə verən PAŞA
Kapital İnvestisiya Şirkətinin 2025-ci ilin
yanvar–sentyabr ayları üzrə göstəriciləri, ötən ilin eyni dövrü ilə
müqayisədə diqqətçəkici artım nümayiş etdirir:
- Ümumi dövriyyə həcmindəki 82% artım, şirkətin
45%-lik bazar payı ilə liderlik mövqeyini
təsdiqləyib; - Dövlət istiqrazları bazarında dövriyyə həcmi 181%
artaraq rekord nəticə göstərib; - Korporativ istiqrazlar bazarındakı dövriyyənin 35%
artımı qeydə alınıb; - Repo əməliyyatlarındakı 74%-lik artım bazarın
aktivliyini nümayiş etdirib.
Həmçinin, korporativ istiqrazlar bazarında 1 milyard 343
milyon manat ticarət dövriyyəsi, Mərkəzi Bankın
notları üzrə 697 milyon manat, Maliyyə
Nazirliyinin istiqrazları üzrə 9 milyard 604 milyon manat
və səhmlər bazarında 4.6 milyon manatdan artıq
əməliyyat qeydə alınıb.
Azərbaycanın aparıcı investisiya şirkəti olan PAŞA
Kapital, yerli kapital bazarlarında hüquqi və fiziki
şəxslərə brokerlik, anderraytinq, portfel idarəçiliyi,
maliyyə məsləhətləri və tədqiqat xidmətləri üzrə geniş
spektrli həllər təqdim edir.
Əlavə olaraq, qlobal maliyyə bazarlarında aktiv ticarət
imkanları ilə maraqlanan investorlar üçün PAŞA Kapital
Ticarət Platforması vasitəsilə 3000-dən çox
alətdən istifadə etməklə müxtəlif investisiya fürsətlərini
əlçatan edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.

