Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb.
“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülüb.
Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı yola salınıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülür.
Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Həsənrizdə məskunlaşan ailələrin sayı 227-ə (856 nəfər), Vəngliyə köçürülən ailələrin sayı isə 100-ə (385 nəfər) çatacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

