İsveçdə miqrantlarla bağlı məsələ hökumət və bələdiyyələr arasında ixtilaf yaradıb

Baş səhifə

Bakı. Trend:

İsveçdəki kommunaların, yəni yerli özünüidarəetmə orqanlarının
təxminən dörddə biri (290 kommunadan 75-i) sağçı hökumətin
miqrantların könüllü repatriasiyası üzrə əməkdaşlıq təklifini rədd
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Kommunal rəhbərləri hökumətin əlaqələndiricisi Tereza
Zetterbladd ilə görüşməkdən imtina ediblər. Onun vəzifəsi
“repatriasiya üçün ayrılan qrantın əhəmiyyətli dərəcədə artırılması
barədə bələdiyyələri məlumatlandırmaq” və daha çox insanı bu qrant
üçün müraciət etməyə təşviq etməkdir.

Əməkdaşlıqdan imtina edən kommunalar arasında Stokholm,
Göteborq, Malmö, Yokmokk və Vekşö də var. Bu kommunaların
əksəriyyəti müxalif sosial-demokrat partiyasının idarəsindədir.