Bakı. Trend:
İrəvan Azərbaycan sülh müqaviləsinin konstitusiya
islahatlarından əvvəl imzalanma ehtimalını istisna etmir.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin
spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən
danışıb.
Spiker həmçinin əlavə edib ki, konstitusiya dəyişiklikləri
prosesi Azərbaycanın tələbləri ilə bağlı deyil.
Onun sözlərinə görə, bu mövzuda müzakirələrə hələ koronavirus
pandemiyasından əvvəl başlanmışdı.

