
Bakı.Trend:
ABŞ yaxın günlərdə İrana qarşı zərbələri bərpa edə bilər.
Bu barədə “Axios” nəşri ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Pentaqon ABŞ Silahlı
Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) İranda hərbi
əməliyyatların bərpasına hazırlığı başa çatdırmaq barədə göstəriş
verib.
Qeyd edilib ki, direktivdə zərbələrin konkret tarixi
göstərilməyib və ABŞ Prezidenti Donald Tramp hələ yekun qərar qəbul
etməyib. Lakin ABŞ və İsrail mənbələri hücumların ABŞ-də noyabrın
3-də keçiriləcək aralıq seçkilərindən əvvəl bərpa oluna biləcəyini
yazır. Bəzi mənbələr isə daha da irəli gedərək, İsraildə oktyabrın
27-də keçiriləcək seçkilərdən əvvəl yenidən eskalasiyaların
başlayacağını iddia edir.
“Axios”un həmsöhbətlərinin sözlərinə görə, ABŞ enerji və nüvə
obyektlərinə, eləcə də digər infrastruktura genişmiqyaslı
bombardmanlar həyata keçirmək niyyətindədir. Bu isə neft
qiymətlərində yeni artıma səbəb ola və ABŞ-də seçkilərin
nəticələrinə təsir göstərə bilər.

