
Bakı. Trend:
Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar
atılacaq, gələn il minimum əməkhaqqı və pensiyalar artırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata
görə, son 7 ildə Azərbaycanda icra olunan 5 sosial islahat
paketinin uğurlu nəticələrinə nəzər saldıqda əməkhaqqı, pensiya,
müavinət və təqaüdlər üzrə ödənişlərdə dəfələrlə artımlar
edilib:
“2018-2026-cı illərdə minimum və orta aylıq pensiyada 2,9 dəfə,
minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2,2 dəfə,
sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial
yardımın orta məbləğində isə 2,5 dəfə artım baş verib. Pensiya,
müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə aylıq sosial
ödənişlərin əhatə dairəsi 2,2 milyon nəfəri əhatə edir, məbləği isə
900 milyon manata çatıb”.
“Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas
istiqamətlərindən biri də vətəndaş rifahının təminatı, ölkənin
sosial müdafiə sisteminin gücləndirilməsidir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII
Qurultayında çıxışı zamanı gələn il də minimum əməkhaqqı, pensiya
və sosial müavinətlərin artırılacağını elan etməsi bu ödənişlərdəki
artımların davamlı xarakter aldığını, sosial rifahın təmin edilməsi
istiqamətində qarşıdakı dövrdə də mühüm addımların atılacağını bir
daha təsdiq edir”, – deyə nazirlikdən bildirilib.

