ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası ölkədə yaşayan təxminən 100 min
ukraynalının Müvəqqəti Müdafiə Olunan Şəxs (TPS) statusunu uzatmaya
bilər.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, administrasiya oktyabrın 19-dək statusun
uzadılması və ya ləğvi ilə bağlı qərar verməlidir. Status ləğv
edilərsə, həmin şəxslərin ABŞ-ni tərk etməsi tələb oluna bilər.




“Politico”nun mənbələri administrasiyanın statusu yeniləməmək,
lakin onun müddətinin avtomatik uzanmasına imkan vermək variantını
da nəzərdən keçirdiyini bildiriblər.

Qeyd olunur ki, ABŞ hakimiyyəti 2025-ci ildə ukraynalıların
ölkəyə gəlməsinə imkan verən proqram üzrə yeni müraciətlərin
qəbulunu dayandırıb.