ABŞ İran neftinin satışına görə 17 gəmiyə və bəzi şirkətlərə sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ hakimiyyəti İran neftinin və neft məhsullarının daşınması və
satışı ilə əlaqəli olduğu, Amerika tərəfinin məlumatına görə, 17
gəmi və bir sıra şirkətə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edib ki, nazirlik “milyonlarla barel İran nefti,
yanacağı və neft məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif
bazarlarına daşınması üçün istifadə edilən “kölgə donanmasına”
məxsus 17 gəmiyə qarşı” məhdudiyyətlər tətbiq edir. Onların
arasında Çin, Böyük Britaniya və Marşall adalarında qeydiyyatdan
keçmiş şirkətlərə məxsus tankerlər də var.




Vaşinqton administrasiyasının fikrincə, İranın neft-kimya
sənayesi ilə əlaqəli olan təxminən 20 şirkətə qarşı da sanksiyalar
tətbiq edilib. Onların arasında Böyük Britaniya, Hindistan, İran,
Çin, BƏƏ, Türkiyə və Marşall adalarında qeydiyyatdan keçmiş
şirkətlər var.

“Bu gün atılan addımlar İranın “kölgə donanmasının” qalan
şəbəkəsinin böyük hissəsini faktiki olaraq zərərsizləşdirir”, –
deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndəsi həmçinin jurnalistlərə bildirib ki, İran
neft ticarəti aparmaq imkanını demək olar ki, itirib.