Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi
təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi
olub.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat
verilib.




Məlumata əsasən, K44 kateqoriyasında 58 kiloqram çəki
dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final
görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici
döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına
yiyələnib.

Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris
Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid
Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu — İmaməddin
Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə
təmsil olunur.