Bakı. Trend:
Bir neçə tanker Hörmüz boğazında dəniz minalarına düşərək
partlayıb. Bu barədə Fars agentliyi hərbi mənbələrə istinadən
məlumat yayıb.
Onların məlumatına görə, “Hörmüz boğazının cənub keçidində bir
neçə güclü partlayış baş verib. Buna səbəb həmin ərazidə
yerləşdirilmiş dəniz minaları ilə tankerlərin toqquşması olub”.
Zədələnən gəmilərin sayı və mümkün zərərçəkənlər barədə məlumat
verilmir.

