
Rusiya Prezidenti Vladimir Putin Türkmənistana səfəri çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla ayrıca görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya lideri ölkələr arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət hazırda ən çətin problemdir. Moskva bu məsələnin nizamlanmasında Tehrana kömək etmək üçün əlindən gələni etməyə hazırdır.
Putin və Pezeşkian ölkələr arasında ticarət dövriyyəsini də müzakirə ediblər. Onlar ötən ilin yekunlarına görə bu göstəricinin 21 faizdən çox artdığını qeyd ediblər.
Həmçinin, Rusiya Prezidenti iranlı həmkarından İranın Ali Lideri Müctəba Xameneiyə ən xoş arzularını çatdırmasını xahiş edib.

