Somalidən olan qaçqın Britaniya parlamentinə deputat seçilib

Baş səhifə

Bakı. Trend:

Londonda Kamden rayonunun bələdiyyə şurasının rəhbəri Saqal
Abdi-Vəli Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata)
Holborn və Sent-Pankras seçki dairəsi üzrə keçirilən təkrar
seçkilərdə qalib gəlib.

Bu, oktyabrın 8-də keçirilən səsvermənin nəticələrindən irəli
gəlir.




Hakim Leyboristlər Partiyasını təmsil edən Abdi-Vəli seçicilərin
45,17 faizinin səsini qazanıb. O, 1990-cı illərdə uşaq yaşlarında
Somalidən qaçqın kimi Böyük Britaniyaya gəlib. Onun əsas rəqibi
Yaşıllar Partiyasının lideri Zak Polanski olub. Seçicilərin 32,81
faizi ona səs verib.

Londonun şimalında yerləşən Holborn və Sent-Pankras seçki
dairəsi üzrə İcmalar Palatasında deputat yeri Böyük Britaniyanın
keçmiş baş naziri Kir Starmerin sentyabrın 1-də səlahiyyətlərini
təhvil verdiyini və siyasətdən getdiyini elan etməsindən sonra boş
qalıb.