Firdovsini ələ salmaqda ittiham olunan iranlı aktrisa “Şahnamə”dən dissertasiya yazmaqla cəzalandırılıb

Baş səhifə
Firdovsini ələ salmaqda ittiham olunan iranlı aktrisa Şahnamədən dissertasiya yazmaqla cəzalandırılıb

İranda klassik fars şairi Əbülqasim Ffirdovsini ələ salmaqda təqsirləndirilən iranlı aktrisa və yutuber Zeynəb Musəvi onun “Şahnamə” poemasından dissertasiya yazmaqla cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Z.Musəvi Firdovsinin “Şahnamə”sinə “qarşı təhqiramiz tərzdə çəkilmiş bir neçə dəqiqəlik video yayımlayıb. Məlumata görə, həmin videoçarxı izləyənlərin bir qismi bunu “milli irsə təhqir” adlandıraraq qəzəbləndiyi halda, digər izləyicilər aktrisanın yumor cəsarətini dəstəkləyiblər.

Aktrisanın həyat yoldaşının görə, Z.Musəvu bu adddımının “cəzası” olaraq Firdövsi Fondunun nəzarəti altında və fondun təsdiqlədiyi professorun rəhbərliyi ilə altı ay ərzində klassik şairin fars mədəniyyəti və ədəbiyyatında əhəmiyyəti mövzusunda məcburi dissertasiya yazıb müdafiə etməlidir.

Bundan başqa, aktrisa “Şahnamə”dən istifadə etməklə, bölgə məktəbləri və ya mədəniyyət mərkəzlərində ən azı 120 saat hekayə danışmaq kursları keçməli, bu fəaliyyəti həyata keçirdiyini təsdiqləyən müvafiq sənədləri cəza icra xidmətinə təqdim etməlidir.