
Bakı.Trend:
Abşeron rayonu və Xırdalan şəhəri ərazisində içməli,
kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış
qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcək.
Trend-in
məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif
bölgələrində güclü leysan yağışları və yaranan sel suları
nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə
bağlı görüləcək işlərin siyahısında yer alıb.
Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinə tapşırılıb.

