Bakı. Trend:
Mən böyük şərəf və iftixarla Beynalxalq Hakimlər
Assosiasiyasının tədbirində iştirak edirəm. Bu il assosiasiya
iclası bir çox dünyanın üzləşdiyi məhkəmə hakimlərinin
kölgəsindədir.
Trend xəbər verir ki, bu
fikirləri Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro
Sessa Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ –
International Association of Judges) 67-ci Baş Assambleyasının
iclasında bildirib.
O, qeyd edib ki, bu gün məhkəmə hakimiyyəti ilə bağlı
məsələlərdə mediada böyük kampaniya var:
“Düzgün ədalət mühakiməsi heç zaman diqqətdən kənarda
qalmamalıdır. Bu konfrans da bununla bağlı danışmalıdır”.

