Çindən Qazaxıstana daimi yaşayış məqsədilə gələnlərin sayı kəskin artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci rübündə Çindən Qazaxıstana daimi yaşayış
məqsədilə gələnlərin sayı kəskin artıb.

Trend Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla
xəbər verir ki, bu barədə Data Hub məlumat yayıb. Bildirilib ki,
yanvar-mart aylarında Qazaxıstana 1260 Çin vətəndaşı köç edib. Bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən
çoxdur.




Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına əsasən, bu,
son doqquz ildə Çindən qeydə alınan ən yüksək rüblük immiqrasiya
göstəricisidir. Məlumata görə, Qazaxıstana ən çox immiqrant
Özbəkistandan gəlib – 2275 nəfər. Rusiya 1265 nəfərlə ikinci, Çin
isə 1260 nəfərlə üçüncü yerdə qərarlaşıb.

Qeyd olunub ki, Çindən gələn immiqrantların 99,5 faizini etnik
qazaxlar təşkil edir.