
Bakı. Trend:
Cari ilin sentyabr ayının sonuna olan vəziyyətə görə,
Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış
yerli kartlardan istifadə edilməklə həyata keçirilən əməliyyatların
sayı (həmçinin statistik vahidin ödəniş kartları) 63,7 min təşkil
edib, əməliyyatların həcmi isə 64,52 milyon manat olub.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Məlumata əsasən, əvvəlki illə müqayisədə yerli kartlardan
istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 353,3 min
vahid və ya 84,7% azalıb, əməliyyatların həcmi isə 20 min manat və
ya 0,03% artıb.
Qeyd etmək lazımdır ki, yerli maliyyə təşkilatları tərəfindən
buraxılan ödəniş kartları ilə həyata keçirilən əməliyyatların həcmi
və sayı ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları
(yerli banklar və ya maliyyə institutları) tərəfindən buraxılan
ödəniş kartları ilə həyata keçirilən ümumi əməliyyatların həcmi və
sayına şamil edilir.

