“Beşiktaş” doğma meydanında qələbə qazanıb – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul
edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa
çatıb – 1:0.




Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza
atıb.

Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci,
“Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.