Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb – VİDEO

Baş səhifə

Ermənistan parlamentinin növbəti iclası zamanı deputatlar arasında əlbəyaxa dava düşüb.

Ermənistan mediası xəbər verir ki, insident “Güclü Ermənistan” müxalifət fraksiyasının deputatı Edqar Qazaryanın çıxışının parlamentin spikeri Ruben Rubinyan tərəfindən yarımçıq dayandırılmasından sonra baş verib.

Məlumata görə, Qazaryan Rubinyanla qısa mübahisədən sonra tribunadan düşərək yerinə keçib. Bu zaman hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan onun yanına yaxınlaşaraq mübahisəni davam etdirmək istəyib.

Qazaryanın fraksiya həmkarı Vazinak Vartanov Qalumyanın qarşısını kəsib. Bundan sonra deputatlar arasında qarşıdurma yaranıb və insidentə digər parlament üzvləri də qoşulub.

Baş verənlərdən sonra Ruben Rubinyan fasilə elan edib.