Konqo Demokratik Respublikasında iki gəmi toqquşub, 30 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində çayda iki
gəminin toqquşması nəticəsində 30 nəfər həlak olub.

Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlərlə yanaşı, bir neçə on nəfər
itkin düşüb. Konqo Mətbuat Agentliyinin məlumatına görə, 57 nəfəri
xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam edir.




İki gəmi Konqo çayında toqquşub. Gəmilərdən biri Businga
şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan
Lukolelaya gedirmiş. Gəmilərdən birində 163 nəfər olub. İkinci
gəmidə neçə nəfərin olduğu barədə məlumat daxil olmayıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.