
Bakı. Trend:
Fransa futbol üzrə milli komandası Millətlər Liqasının qrup
mərhələsinin dördüncü turunun ev oyununda Belçika yığmasını 4:1
hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Dəzire Due (77-ci dəqiqə), Rayan
Şerki (81) və Maykl Olise (88 və 90+1) fərqlənib. Belçika
millisinin heyətində isə Dodi Lukebakio (35) qol vurub.
Fransa yığması 10 xal toplayaraq ən güclü divizionun 1-ci
qrupunda turnir cədvəlinə başçılıq edir. 6 xalı olan Belçika üçüncü
pillədə qərarlaşıb. Qrupun digər oyununda İtaliya yığması Türkiyə
komandasını 3:1 hesabı ilə məğlub edib. İtaliya 7 xalla ikinci
yerdədir, Türkiyə isə xalsız sonuncu pillədə qərarlaşıb.

