Konqoda iki gəminin toqquşması nəticəsində azı 30 nəfər ölüb

Baş səhifə

Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin toqquşması nəticəsində azı 30 nəfər həlak olub.

“Associated Press”in məlumatına görə, hadisə nəticəsində onlarla insan itkin düşüb.

Konqo mətbuat agentliyi 57 nəfərin xilas edildiyini bildirib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə Konqo çayında baş verib. Gəmilərdən biri Businqa şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan Lukolelaya gedirmiş.

Gəmilərdən birində 163 nəfər olub. Digər gəmidə neçə nəfərin olduğu barədə məlumat verilməyib.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.