Bakıda itkin düşən 12 yaşlı oğlan tapıldı – YENİLƏNİB

Cəmiyyət

Bakıda itkin düşən Bülbülə qəsəbə sakini tapılaraq ailəsinə təhvil verilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, azyaşlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

09:36

Bakıda 12 yaşlı oğlan itkin düşüb.

APA xəbər verir ki, Bülbülə qəsəbə sakini, 2012-ci il təvəllüdlü Arda Fərhad oğlu Mirzəyev aprelin 1-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

www.RESMIXEBER.az