
Bakı. Trend:
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm
və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə
əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli
Proqram”ın yarım illik nəticələrinə dair təqdimat keçirilir.
Trend xəbər
verir ki, təqdimatda Dövlət və özəl qurumların nümayəndələri,
təlim-tədris məsələləri üzrə məsul rəhbər şəxslər, layihənin
tərəfdaşları iştirak edir.
Tədbir çərçivəsində “Milli Proqram” yarımillik nəticələrinə dair
təqdimat , universitet kurikulumlarının Coursera platformasına
inteqrasiyasına dair görüş, “Süni intellekt dövründə bacarıqlara
əsaslanan gələcəyin yaradılması”na dair təqdimat, “Süni intellekt
dövründə bacarıqlara əsaslanan gələcəyin yaradılması”na dair
təqdimat, “Universitet və Coursera arası əməkdaşlığın qurulması ilə
bağlı Coursera kurs kurikulumlarının təkmilləşdirilməsi görüşü” və
Coursera platformasında təqdim olunan kursların universitet
kurikulumlarına inteqrasiyası barəsində müzakirə nəzərdə
tutulub.
Xəbər yenilənəcək

