
Bakı. Trend:
Cari ilin ilk altı ayında fiziki şəxslərin Azərbaycandan
Portuqaliyaya etdikləri pul köçürmələrinin həcmi 789 min ABŞ
dolları təşkil edib.
Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin
analoji dövrü ilə müqayisədə 273 min dollar və ya 52,9 faiz
çoxdur.
Hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricində edilən pul
köçürmələrinin ümumi həcmində Portuqaliyanın payı 0,3 faiz təşkil
edir.
2024-cü ilin ilk yarım ilində Azərbaycandan Portuqaliyaya edilən
pul köçürmələrinin həcmi 516 min dollar təşkil edib.
2025-ci ilin ilk altı ayı ərzində Azərbaycandan olan fiziki
şəxslər ölkə xaricinə ümumilikdə 238,2 milyon dollar məbləğində pul
köçürüblər ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4
milyon dollar və ya 8,2 faiz azdır.
Bu arada fiziki şəxslərin ölkə xaricindən Azərbaycana etdikləri
pul köçürmələrinin məbləği 533,957 milyon dollar təşkil edib, bu
isə 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 33,847 milyon dollar
və ya 6 faiz azdır.

